18-22 iyun 2019-cu il tarixlərində Fövqəladə Hallar nazrinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində səfərdə olub.
Səfər tikintidə smeta sənədlərinin tərtibində qiymətqoymanın resurs metodunun tətbiqi ilə bağlı qardaş ölkənin təcrübəsini öyrənmək məqsədilə gerçəkləşdirilib.
Səfər zamanı Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, həmin nazirliyin nəzdindəki Ali Elm Şurasının və yerli bələdiyyələrin sosial və infrastruktur layihələrinin hazırlanması, maliyyələşdirilməsi və tikinti sahəsində fəaliyyət göstərən “İller Bankası Anonim Şirketi”nin rəhbərliyi ilə görüşlər keçirilib, səmərəli müzakirələr aparılıb.
Ali Elm Şurasının iş təcrübəsi ilə tanışlıq zamanı tikinti resurslarının cari qiymətlərinin monitorinqinin aparılması, tikintinin ehtimal olunan dəyərinin təyin edilməsi üçün tətbiq olunan resursların sərfiyyat normaları və digər normativlər, tikinti resurslarının kodlaşdırılması, kompüter proqramlarından istifadə etməklə smeta hesablamalarının avtomatlaşdırılması və digər müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Respublikasının yeni smeta-normativ və qiymətqoyma sisteminin gələcəkdə daha da təkmilləşdirilməsi işində qardaş ölkənin müvafiq təcrübəsindən istifadə üzrə əməkdaşlığın davam etdirilməsi və bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab olunub.
Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Xətai” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 29 sentyabr 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin əməkdaşları Gürcüstanın Tbilisi şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 3-cü fazası (PPRD East3) çərçivəsində keçirilən beynəlxalq tədbirdə iştirak ediblər. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə paytaxtın 20 nömrəli orta məktəbində Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsinin təşkili məsələlərinə dair tədbir keçirilib. ...
Ardını oxu