Geri

FHN Mətbuat xidmətinin məlumatı (Video)

2 dekabr 2019-cu il tarixində Gürcüstan Daxili İşlər Nazirliyindən Qardabani rayonunda Azərbaycanla həmsərhəd ərazidə yerləşən Candargöl gölündə itkin düşən iki nəfər Gürcüstan vətəndaşının axtarışları üçün əraziyə baxış keçirilməsi barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub. Bununla bağlı gölün Azərbaycan Respublikası (Ağstafa rayonu) ərazisinə düşən hissəsində axtarışların aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Digər məlumatlar

FHN DYMX-nin cəbhəboyu ərazilərdə xidmət edən əməkdaşlarının Vətən müharibəsi zamanı fəaliyyəti yüksək qiymətləndirilib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında digər qurumlar kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları da xüsusi xidmətləri ilə seçiliblər....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video - foto)

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir....

Ardını oxu

FHN-in xilasediciləri Xırdalan şəhərində partlayış baş vermiş evin dağıntıları altından ikinci şəxsin cəsədini çıxarıb

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib....

Ardını oxu