Geri

Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (Video)

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

  • evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
  • işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
  • ağac tezalışan oyuncaqla bəzədilməməli;
  • qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

  • şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
  • şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
  • pəncərədə dəmir barmaqlıq olmamalı;
  • məkanın iki çıxışı olmalı;
  • ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
  • otağın qapıları mütləq bayıra açılmalı;
  • məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
  • şənlikdə işıq tam söndürülməməli;
  • şənliyə tezalışan materialdan paltar geyinilməməli;
  • məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Digər məlumatlar

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə növbəti seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Tərtər rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu