18 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsi, Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə paytaxtdakı “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelində yanğın-taktiki təlim keçirib.
Təlimin keçirilməsində məqsəd oteldə baş vermiş şərti yanğının mənbəyinin müəyyən olunması, kəşfiyyatın aparılması, zərərçəkmişlərin xilas olunması, otel personalının, eləcə də qonaqların toplanış yerinə cəlb olunmaqla təxliyyəsinin təşkili, yanğının operativ söndürülməsi və təxliyyə qaydalarının şəxsi heyətə öyrədilməsindən ibarət olub.
Təlimin birinci mərhələsi otelin işçi heyəti üçün baş verə biləcək fövqəladə hal zamanı davranış qaydaları və atılacaq ilk zəruri addımlar barədə maarifləndirici xarakterli mühazirə-seminardan ibarət olub.
İkinci mərhələ isə Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin hadisə yerinə yönəldilməsi, insanların təxliyyə olunması və yanğının söndürülməsinin təşkilindən ibarət olub.
Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 3 ədəd xüsusi texnikası və 24 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.




Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Tərtər rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu