Geri

Nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə dekabrın 16-da Qətər Dövlətinin ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Qəbulda çıxış edən nazir Kəmaləddin Heydərov bayram münasibətilə Qətər xalqını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından təbrik edib, Qətər Dövlətinə əmin-amanlıq və daimi inkişaf arzulayıb.

Nazir qeyd edib ki, Azərbaycan Respublikası və Qətər Dövləti arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur. Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə söykənən bu münasibətlər sürətlə inkişaf edir. Dövlət başçılarının son illərdə reallaşdırılmış qarşılıqlı səfərləri ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsinə xüsusi təkan verib. Bu kontekstdə, 2016-cı ildə dövlət başçılarının qərarı ilə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması ikitərəfli əlaqələrin inkişafı və sosial-iqtisadi həyatın müxtəlif sferalarını əhatə etməsi baxımından müdrik uzaqgörənliklə atılmış addımdır.

Nazir, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin uyğun qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıqdan bəhs edərək, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu diqqətə çatdırıb.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu