Geri

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

20 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabla görüşüb.

Nazir qonağı salamlayaraq yeni səfir təyin olunması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. 

Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın işinə toxunan nazir Kəmaləddin Heydərov hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi sayəsində ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələrin genişləndiyini diqqətə çatdırıb. O, həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə də qonağa geniş məlumat verərək, fəlakətlərin idarə olunması sahəsində ölkəmizdə son illər görülmüş işlərdən danışıb.

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, öz növbəsində, səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda fəaliyyət göstərəcəyi müddətdə bu əlaqələrin daha da inkişafı üçün öz tərəfindən səy göstərəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu