Geri

FHN Mətbuat xidmətinin məlumatı (Video - Yenilənib)

8 oktyabr 2019-cu il tarixində saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub. Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar və müxtəlif təyinatlı  mağazaların yanar konstruksiyaları və içərisində olan mallar, təqribən, 2500 m2 sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından  mühafizə olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Məlumat verildiyi kimi, Azərbaycanın Şimal və Şimal-qərb regionlarında bəzi meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub. ...

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 19 avqust 2022-ci il tarixdə Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 11.00-dan Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. ...

Ardını oxu