Geri

Fövqəladə Hallar Nazirliyi qar uçqunlarında axtarış, xilasetmə və xizəksürmə üzrə təlim keçirir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində yanvar ayının 26-dan fevral ayının 4-dək qar uçqunlarında axtarış və xilasetmə, həmçinin xizəksürmə üzrə təlimə start verilmişdir. Qusar rayonunun ərazisində  təşkil edilmiş təlimə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev rəhbərlik edir. Həmçinin təlimdə Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin ekspertləri də iştirak edirlər.

Təlimə Nazirliyin Aparatından 3 nəfər, Xüsusi Riskli Xilasetmə Xidmətindən 14 nəfər (11 nəfər xilasedici, 3 nəfər kinoluq) və 4 baş xüsusi təlim keçmiş it, Şimal-qərb Regional Mərkəzindən 3 nəfər, Şimal Regional Mərkəzindən 3 nəfər, eləcə də Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən 2 nəfər xilasedici cəlb edilmişdir. Ümumilikdə təlimə 25 nəfər əməkdaş və 4 baş xüsusi təlim keçmiş it cəlb edilmişdir.

Təlim Nazirliyin xilasedicilərinin dağlıq zonalarda və meşə massivlərində qar uçqunlarında axtarış və xilasetmə, həmçinin xizəksürmə üzrə təcrübələrinin artırılması və baş vermiş fövqəladə hadisələrə çevik reaksiya verilməsinə daim hazır olmalarını təmin etmək məqsədilə keçirilir.

Digər məlumatlar

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Göyçay rayonunda seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Göyçay rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu