Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 28 sentyabr 2018-ci il tarixində Horadiz şəhərində, Muğam Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbulda yalnız Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşların qeydiyyatı Muğam Mərkəzinin binasında 27 sentyabr 2018-ci il tarixində saat 09.00-da başlayacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: info@fhn.gov.az
8 mart 2021-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar-20-ci sahə avtomobil yolunun......
Ardını oxuBu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb....
Ardını oxu7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....
Ardını oxu