Geri

FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17 sentyabr 2018-ci il tarixində məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar.

Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasında məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbir açıq elan edildikdən sonra Dövlət himni səsləndirilmiş və Dövlət bayrağı meydana gətirilmişdir.

Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev məzunları və onların vaildeynlərini FHN-in rəhbərliyi adından təbrik etmişdir. Qeyd etmişdir ki, hərbi and içərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə həmişə hazır olmalı, Vətənimizi və bayrağımızı göz-bəbəkləri kimi qorumalıdırlar. FHN-in gələcək əməkdaşları olacaq Akademiya məzunları insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiyanın öhdəsindən bacarıqla gəlməlidirlər.

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov da məzunları təbrik etmiş, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından ətraflı bəhs edərək onlara uğurlar arzulamışdır.

FHN-in Akademiyasını fərqlənmə diploma ilə bitirmiş məzun Mirramin Yunusov kursant yoldaşlarının adından çıxış edərək Nazirliyin rəhbərliyinə və Akademiyanın professor- müəllim heyəinə minnətdarlığını bildirmişdir.

Daha sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Akademiyanın 2018-ci il məzunlarına “leytenant” hərbi və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılmış və məzunlara ali təhsil ocağını bitirmələri barədə diplomlar təqdim edilmişdir.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Şöhrət Əmrahov xatirə lövhəsini simvolik “Yaş kötüyü”nə vurmuşdur.

Sonra Dövlət bayrağı məzunlar tərəfindən IV kurs kursantlarına təhvil verilmişdir.

Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə yekunlaşmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

15 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidməti Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin Liman bölməsində “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda təlim keçirib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Nərimanov rayonunda ticarət obyektlərində baş vermiş yanğın söndürülüb

Məlumat verildiyi kimi, bü gün Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verib və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal yanğınla mübarizə tədbirlərinə cəlb olunub....

Ardını oxu