Geri

Respublikanın şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zaqatala rayonuna səfər etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 05.06.2018-ci il tarixində yerli vaxtla saat 22:40 dəqiqədə Zaqatala rayonu ərazisində 16 km dərinlikdə 5.5 maqnituda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olununmuşdur.

İlkin məlumatlara əsasən, dağıntılar yoxdur. Bəzi köhnə tikililərdə çatlar yaranmışdır.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər rəhbər şəxsləri vəziyyətlə yerində tanış olmaq üçün Zaqatala rayonuna səfər etmişlər.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Quzanlı qəsəbəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Gəncədə maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Gəncə” MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının sakinlərinin iştirakı ilə yanğına qarşı maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Lənkəran rayonunun Balıqçılar qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirilmə tədbiri keçirib. ...

Ardını oxu