Geri

FHN-in təşkil etdiyi VI Beynəlxalq yarışa və VII Ümumrespublika birinciliyinə yekun vurulmuşdur

30 iyun 2018-cı il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Təhsil,   Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş "Gəncxilasedici" VI Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" VII Ümumrespublika birinciliyinə yekun vurulmuşdur. Yekun tədbirlərində Azərbaycan Respublikasının   fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və təhsil nazirinin müavini Firudin Qurbanov iştirak etmişlər. Əvvəlcə, gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilmişdir. Sonra  Qəbələ Heydər Əliyev Konqres Mərkəzində təşkil olunmuş mükafatlandırma mərasimi zamanı yarışlardan bəhs edən FHN-in hazırladığı videoçarx nümayiş etdirilmişdir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və təhsil nazirinin müavini Firudin Qurbanov qalib komandalara mükafatları təqdim etmişlər. Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə xatirə hədiyyələri verilmişdir.

Qeyd edək ki, beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri isə Qazaxıstan komandaları tutmuşlar. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhəri Nizami rayonu 220 nömrəli məktəbin, ikinci yerə Quba, üçüncü yerə isə Qax rayonunun komandaları layiq görülmüşlər.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu