Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 30 aprel - 4 may 2018-ci il tarixlərində Nazirliyin qurumları arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş mini-futbol üzrə çempionat keçirilmişdir.
Beş gün davam edən və FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının stadionlarında keçirilmiş çempionatda ümumilikdə hər birində 12 nəfər olmaqla 19 komanda iştirak etmişdir.
Komandalar 4 qrupda mübarizə aparmış, hər qrupda 1 və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanmışdır. Yarımfinalda nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) ilə Maddi-Texniki Təchizat İdarəsinin (MTTİ), Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) ilə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) komandaları qarşılaşmışlar. Qarşılaşmalarda MTTİ XRXX komandasına 7-3, DYMX isə TTNDA-in komandasına 3-1 hesabı ilə qalib gəlmişdir.
Mayın 4-də isə 3-cü və 1-ci yer uğrunda yekun oyunlar keçirilimişdir. Çempionatın final mərhələsini fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-Zadə və general-leytenant Etibar Mirzəyev, yarışda iştirak edən komandaların təmsil etdikləri qurumların rəhbər şəxsləri izləmişlər.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmalar zamanı XRXX TTNDA-nin komandasına 8:0 hesabı ilə qalib gərək 3-cü yerə çıxmışdır. Final matçında isə MTTİ və DYMX-nın komandaları qarşılaşmışlar. Maraqlı mübarizə ilə yadda qalan final oyununda rəqibini 6-3 hesabı ilə məğlub edən MTTİ-in komandası çempion olmuşdur.
Final oyunundan sonra tədbirin bağlanış mərasimi keçirilmişdir. Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bu yarışın ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmasının əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ümummilli Liderin gənclərə və idmana göstərdiyi diqqət və qayğı ilə qoyulmuşdur. Nazir müavini bildirmişdir ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmiz daha da inkişaf edəcək və çiçəklənəcəkdir. Natiq qalib komandaları təbrik etmiş, onlara uğurlar arzulamışdır. Daha sonra FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çıxış edərək iştirakçıları təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilmişdir.
FHN-in Qarabağ Regional Mərkəzində Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Mərkəzin Mülki müdafiə idarəsinin, həmin idarənin aidiyyəti şöbələrinin, eləcə də rayon icra hakimiyyətlərinin mülki müdafiə üzrə vəzifələrin icrası həvalə edilmiş əməkdaşları ilə təlim-metodiki toplantı keçirilib......
Ardını oxu5 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Ağdaş rayonu ərazisində yerləşən taxıl sahəsində - açıq havada "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib....
Ardını oxu