Geri

Yanğın təhlükəsizliyinə həsr olunmuş məşq keçiriləcək

22 may 2018-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küç 68a ünvanında yerləşən 5 nömrəli tam orta məktəbdə “Yanğın zamanı davranış qaydaları üzrə bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də yanğın zamanı xilasetmə və yanğınsöndürmə bölmələri ilə məktəbin cavabdeh vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətdə iş təcrübəsinin daha da artırılması” mövzusunda məşq keçiriləcəkdir. Məktəbin müəllim və şagird heyətinin də iştirak edəcəyi tədbirə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə və yanğınsöndürmə texnika və qüvvələri cəlb olunacaqdır.

Digər məlumatlar

Mülki müdafiə işinə dair təlim-metodiki toplantı keçirilib

FHN-in Qarabağ Regional Mərkəzində Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Mərkəzin Mülki müdafiə idarəsinin, həmin idarənin aidiyyəti şöbələrinin, eləcə də rayon icra hakimiyyətlərinin mülki müdafiə üzrə vəzifələrin icrası həvalə edilmiş əməkdaşları ilə təlim-metodiki toplantı keçirilib......

Ardını oxu

FHN yanında İctimai şuranın növbəti iclası keçirilib

5 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Ağdaş rayonu ərazisində yerləşən taxıl sahəsində - açıq havada "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib....

Ardını oxu