Geri

FHN “Fairmont Baku” otelində yanğın-taktiki təlimi keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2018-ci il may ayının 16-da saat 15:00-da Bakı şəhər Mehdi Hüseyn 1A ünvanında yerləşən “Fairmont Baku” otelində yanğın-taktiki təlimi keçirəcəkdir.

Təlimin keçirilməsində əsas məqsəd otellərin yanğından mühafizəsi üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi, mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması ilə bağlı şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir. 

Digər məlumatlar

Mülki müdafiə işinə dair təlim-metodiki toplantı keçirilib

FHN-in Qarabağ Regional Mərkəzində Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Mərkəzin Mülki müdafiə idarəsinin, həmin idarənin aidiyyəti şöbələrinin, eləcə də rayon icra hakimiyyətlərinin mülki müdafiə üzrə vəzifələrin icrası həvalə edilmiş əməkdaşları ilə təlim-metodiki toplantı keçirilib......

Ardını oxu

FHN yanında İctimai şuranın növbəti iclası keçirilib

5 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Ağdaş rayonu ərazisində yerləşən taxıl sahəsində - açıq havada "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib....

Ardını oxu