Geri

“Xəzər-2017” beynəlxalq kompleks təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunmuşlar

2 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Xəzər-2017” beynəlxalq kompleks təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir. Qazaxıstan Daxili İşlər Nazirliyi nəzdində Fövqəladə Hallar üzrə Komitə tərəfindən verilmiş medallar əməkdaşlara fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev tərəfindən təqdim edilmişdir. Nazir müavini Etibar Mirzəyev təltif olunmuş FHN əməkdaşlarını təbrik edərək onlara xidmətdə uğurlar arzulamışdır.

Xatırladaq ki, 2 və 3 noyabr 2017-ci il tarixlərində Bakı şəhərində Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda  “Xəzər-2017” beynəlxalq kompleks təlimi keçirilmişdir. 

Digər məlumatlar

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti matros-xilasedici vəzifəsinə müsabiqə ELAN edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir......

Ardını oxu