Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul etmişdir

27 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Lənkəran rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 18 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 68, digər məsələlərlə bağlı müraciət etmiş 31 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Digər məlumatlar

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda seminar-müşavirə keçirib. ...

Ardını oxu

FHN Xüsusi Riskli Xilasetmə Xidməti taktiki-xüsusi təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti hazırlıq planına uyğun olaraq, taktiki-xüsusi təlim keçirib. Təlimin keçirilməsində əsas məqsəd əməkdaşlar tərəfindən müasir zədələmə vasitələrinin xüsusiyyətlərinin praktiki olaraq mənimsənilməsi, insan tələfatına və ya insanların həyat fəaliyyətinin pozulmasına, maddi sərvətlərin itkisinə səbəb ola bilən müxtəlif fövqəladə hallarla mübarizə vərdişlərinin......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu