Geri

Nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə dekabrın 17-də Qətər Dövlətinin ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda iştirak etmişdir.

Qəbulda çıxış edən nazir Kəmaləddin Heydərov bu bayram münasibətilə Qətər xalqını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından təbrik etmiş, belə əlamətdar bir gündə Qətər Dövlətinə əmin-amanlıq, yüksək rifah və davamlı tərəqqi arzulamışdır.

Qətər Dövlətinin əldə etdiyi uğurlu inkişaf dinamikası sayəsində beynəlxalq sistemdə rəqabətə dayanıqlı və ən zəngin iqtisadiyyata malik ölkələr arasında qərar tutduğunu vurğulayan nazir məmnunluq hissi ilə qeyd etmişdir ki, Azərbaycan Respublikası və Qətər Dövləti arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur. Nazir demişdir ki, xalqlarımız arasında mövcud olan dini-mədəni bağlar səbəbilə beynəlxalq aləmdə mövqelərimizin üst-üstə düşməsi ölkələrimizi bir birinə yaxınlaşdıran mühüm amillərdəndir. Azərbaycan və Qətərin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində uğurlu strateji əməkdaşlıq həyata keçirdiyini deyən nazir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq təşkilatlar çərçivəsində aparılan müzakirələr və müvafiq qətnamələrin qəbul edilməsi zamanı Qətər Dövlətinin Azərbaycanın haqlı mövqeyini daim dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.

Ölkələrimiz arasında ikitərəfli diplomatik əlaqələrin əsasının 1994-cü ildə qoyulduğunu xatırladan nazir qeyd etmişdir ki, ötən dövr ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər – 2004 və 2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qətərə, o cümlədən 2007-ci ildə Qətər Dövlətinin keçmiş Əmiri Şeyx Həməd bin Xəlifə Əl-Taninin və 2016-ci ildə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl-Taninin Azərbaycana rəsmi səfərləri zamanı əldə edilmiş razılaşmalar iki ölkə arasındakı mövcud əlaqələrin möhkəmlənməsinə şərait yaratmışdır.

Nazir Kəmaləddin Heydərov qeyd etmişdir ki, ölkələrimiz arasında zəruri müqavilə-hüquq bazasının yaradılması, o cümlədən 2016-cı ildə hər iki tərəfdən dövlət başçısının müvafiq qərarı ilə fəaliyyətə başlamış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya uğurlu əməkdaşlıq üçün mühüm platforma yaratmışdır.

Azərbaycan Respublikası və Qətər Dövlətinin fövqəladə halların idarəedilməsi və mülki müdafiə sahəsində də əməkdaşlıq etdiyini bildirən nazir 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün hüquqi zəmin yaratdığını vurğulamışdır.

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu