Geri

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə 15 dekabr 2018-ci il tarixində Kollegiya iclası keçirilmişdir.

Əvvəlcə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üstünə tər çiçəklər düzülmüşdür.

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi anılmış, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.

Fövqəladə Hallar Nazirliyinin akt zalında keçirilən kollegiya iclasını açıq elan edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edərək uğurlar arzulamışdır.

Əvvəlki illərdə olduğu kimi  cari ilin ötən dövründə də Fövqəladə Hallar Nazirliyinin ölkə əhalisinin həyat təhlükəsizliyinin, dövlət əmlakının və fərdi mülkiyyətlərin təhlükəsizliyinin qorunması sahəsində öz fəaliyyətini uğurla davam etdirdiyini bildirən nazir Kəmaləddin Heydərov maddi texniki bazanın möhkəmləndirilməsi, kadrların peşəkarlığının artırılması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlər barəsində ətraflı məlumat vermiş, o cümlədən yanğından mühafizə sahəsində əməliyyat şəraitinin daim diqqət mərkəzində saxlanıldığını, yanğın hadisələrinin qarşısı çevik surətdə alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilmədiyini konkret faktlarla əsaslandırmışdır.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə hər zaman verdiyi yüksək qiymətə, göstərdiyi ali diqqət və qayğıya görə nazirliyin bütün şəxsi heyəti adından Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürünü bildirən Kəmaləddin Heydərov əmin olduğunu bildirmişdir ki, nazirliyin şəxsi heyəti həmişə olduğu kimi ölkə rəhbərliyinin qarşımızda qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, daha operativ və daha böyük sədaqətlə yerinə yetirəcəkdir.

Sonra nazirliyin bir qrup əməkdaşına ali hərbi və xüsusi rütbələr, orden və medalların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar oxunmuşdur.

İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilmişdir.

Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

 

 

 

 

 

 

 

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu