Geri

“İNSARAG – 2018 xilasetmə dəstələrinin idarə edilməsi kursu”nun açılışı olmuşdur

5 noyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) təşkilatçılığı və Azərbaycan FHN-in dəstəyi ilə “İNSARAG – 2018 xilasetmə dəstələrinin  idarə edilməsi kursu”nun açılış mərsimi keçirilmişdir.

Tədbirdə Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin Fövqəladə vəziyyətlərdə cavablandırma mərkəzinin və İNSARAG Katibliyinin rəhbəri Rudolf Müller, İNSARAG-ın Avropa, Afrika və Yaxın Şərq üzrə əlaqələndiricisi Olqa Prorovskaya, xarici ekspertlər, təlimatçılar və FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin əməkdaşları iştirak etmişdir.

Açılış məsimdəki çıxışlarda qeyd olunmuşdur ki, kursun keçirilməsində əsas məqsəd tədbirə cəlb ounmuş ABŞ, Rusiya, Belarus, Finlandiya, Pakistan, Türkiyə, Estoniya, İsveçrə və Ukraynadan olan ekspertlərin iştirakı ilə bu ölkələrin təmsil olunduqları regionları əhatə edən axtarış-xilasetmə dəstələrinin üzvlərinin bilik və bacarıqlarının artırılmasından ibarətdir. Beş gün davam edəcək kursun yekununda xüsusi tərtib olunmuş masaüstü simulyasiya təlimi keçiriləcək və sonda iştirakçılara BMT-nin UCC standartına uyğun olan beynəlxalq sertifikat veriləcəkdir.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunan “İNSARAG – 2018 xilasetmə dəstələrinin idarə edilməsi kursu”nun açılışından sonra qonaqlar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 24 fevral 2024-cü il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulunu keçirib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu