Geri

Fövqəladə hallar nazirinin müavini Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəlakət Riskinin Azaldılması üzrə Avropa Forumunda iştirak etmişdir

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə  heyəti 21-23 noyabr 2018-ci il tarixlərində BMT-nin Fəlakətlərin Azaldılması Ofisinin (UN İSDR) təşkilatçılığı ilə İtaliyanın Roma şəhərində təşkilata üzv dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Fəlakət Riskinin Azaldılması üzrə Avropa Forumunda  iştirak etmişdir.

Forumun təşkil edilməsində əsas məqsəd BMT-yə üzv dövlətlər tərəfindən Sendai Fəaliyyət Çərçivəsi sənədi üzrə görülmüş işlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi, fəlakət riskinin azaldılması üzrə regional və milli strategiya və planlar vasitəsilə əldə edilmiş təcrübələrin mübadiləsi, fəlakət riskinin azaldılması sahəsində 2015-2030-cu illər üzrə çərçivə sənədinin  həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində müzakirələrin aparılması olmuşdur.

Həmçinin, səfər zamanı UN İSDR-in Avropa üzrə rəhbəri xanım Paolo Albrito ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycanda fəlakətlərin azaldılması üzrə görülən işlər və Milli Strategiya barəsində ətraflı məlumat verilmiş, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN-in helikopterləri vasitəsilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb (video, foto)

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb. ...

Ardını oxu

FHN “JW Marriott Absheron” otelində təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayonu, Azadlıq prospekti, 674 ünvanında yerləşən “JW Marriott Absheron” otelində “İctimai obyektlərdə baş vermiş yanğın hadisələrinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda 27 fevral 2024-cü il, saat 15:00 radələrində yanğın-taktiki təlim keçirəcək....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu