Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində (XRXX) 2 noyabr 2018-ci il tarixində Xidmətin Kinoloji qrupunun Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) təlim keçmiş bir qrup əməkdaşına sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.
Tədbirdə Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və ANAMA-nın direktoru Qəzənfər Əhmədov iştirak etmişlər.
Əvvəlcə, ANAMA-da təlim keçmiş Nazirlik əməkdaşlarının nümunəvi təlimlərinə baxış keçirilmişdir.
ANAMA-nın əməkdaşlarının da iştirak etdikləri təlimlər zamanı şərti hadisə yerinin 100 metr radiusda ətrafındakı şəxslər təxliyə edilmiş, ilkin olaraq kinoloq tərəfindən əraziyə partlayıcı maddə axtarışını həyata keçirən xüsusi təlim keçmiş it gətirilmişdir. İt müvafiq siqnal verərək (oturaraq) çantada partlayıcı maddənin olduğunu təyin etmişdir. Bundan sonra, Minalardan təmizləmə üzrə çevik qrupun şəxsi heyəti çantada həqiqətən partlayıcı qurğunun olmasını, əgər partlayıcı qurğu varsa, onun işə düşmə prinsipini təyin etmək məqsədilə portotiv rentgen qurğusundan istifadə etmişdir. Şəxsi heyətin həyat təhlükəsizliyinin mümkün qədər təmin edilməsi məqsədilə rentgen qurğusu robot texnikası vasitəsilə uzaqdan idarə edilərək çantanın yanına yerləşdirilmişdir. Çantanın rentgen edilməsi nəticəsində şərti partlayıcı qurğunun olduğu müəyyənləşdirilmişdir. Müvafiq şərait və situasiya nəzərə alınaraq partlayıcı qurğunun Su topu (disrupter) vasitəsilə zərərsizləşdirilməsi qərara alınmış, bir nəfər mütəxəssis-istehkamçı tam təchiz oluunmuş qoruyucu geyim geyərək Su topunu çantanın yanına yerləşdirmiş və oradan uzaqlamışdır. Müəyyən olunmuş məsafədən partlayış üsulu ilə Su topundan atəş açılmış və şərti partlayıcı qurğu zərərsiz hala gətirilmişdir.
Təlimlərdən sonra XRXX-nin ANAMA-da təlim keçmiş bir qrup əməkdaşına ANAMA-nın direktoru Qəzənfər Əhmədov tərəfindən beynəlxalq dərəcəli sertifikatlar təqdim olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. ...
Ardını oxu