Geri

“Mübarizlər” ekstremal idman marafonu üzrə qalib komanda təltif olunmuşdur

6 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Mübarizlər” ekstremal idman marafonu üzrə respublikanın güc strukturlarının komandaları arasında keçirilmiş yarışda birinci yer tutmuş Fövqəladə Hallar Nazirliyinin komandasının üzvlərinin təltif olunma mərasimi keçirilmişdir. Tədbirdə iştirak edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev qalib gəlmiş komanda üzvlərini təbrik etmiş, onlara gələcək yarışlarda yeni-yeni uğurlar arzu etmişdir.

Xatırladaq ki, 29 sentyabr 2018-ci il tarixində Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzində “Gilan Holding”in, FHN-in, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkilatı dəstəyi ilə beynəlxalq səviyyəli ekstemal idman turniri – “Mübarizlər” yarışı keçirilmişdir.

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu