Geri

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 5-də davam etmişdir. Əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak etmişdir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri cəlb olunmuşdur.

Eyni zamanda, Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonunda olmuşlar. Qarşılıqlı fəaliyyət çərçivəsində ölkəmizə gələn xarici mütəxəssislərin səfərinin məqsədi Fövqəladə Hallar Nazirliyinin dağ-xilasedicilərinin bilik və vərdişlərinin, həmçinin peşə qabiliyyətinin artırılması məqsədi ilə təlim məşqləri keçirməkdir. Təlim məşqləri hər il əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir. Bu gün Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qərara alınmışdır ki, builki məşqlər Quba rayonu ərazisində real şəraitdə aparılsın. Bundan başqa, itkin düşmüş alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrindən faydalanmaq nəzərdə tutulmuşdur.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır. Bu gün havanın günəşli olmasına baxmayaraq, son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma təhlükəsi artmışdır. Qar uçqunlarının olduğu yerlərdə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşmişdir.

Fövqəladə Hallar Nazirliyi Nazirliyin fəaliyyəti, xüsusilə də baş vermiş hadisələrlə bağlı ancaq rəsmi, dəqiqləşdirilmiş məlumatlardan istifadə etməyi tövsiyyə edir.

Qeyd edək ki, əməliyyatın gedişatı barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi qaydalarının pozulması halının qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

21-29 iyun 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yerləşən Yanğından Mühafizə hissələrinin qüvvələri ilə birgə təlim keçirib. ...

Ardını oxu