Geri

Beynəlxalq səviyyəli ekstremal idman yarışı - “Mübarizlər” yarışı keçirilmişdir

Sentyabrın 23-də Bakıda Fövqəladə Hallar Nazirliyinin Təlim-tədris mərkəzində Milli Olimpiya Komitəsinin (MOK), Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin dəstəyi və “Events Management Azerbaijan” şirkətinin təşkilatçılığı ilə beynəlxalq səviyyəli ekstremal idman yarışı  - “Mübarizlər” yarışı keçirilmişdir.

Yarışın açılış mərasimində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini və Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Hava Yolları QSC-nin sədri Cahangir Əsgərov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və müxtəlif idman qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsinin rəhbərliyi adından yarışın təşkilatçılarına təşəkkürünü bildirərək Milli Olimpiya Komitəsinin 25 illiyi ərəfəsində belə bir tədbirin keçirilməsini əlamətdar hadisə adlandırmışdır.

Sonra “Mübarizlər” layihəsinin rəhbəri Elvin İsmayılov yarış haqqında məlumat verərək Azərbaycanın son illər ən öndə gedən idman ölkələrindən birinə çevrildiyini vurğulamışdır.

Layihənin müəllifi Kseniya Şoyqu yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edərək yarışmanın təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Azərbaycanın və Rusiyanın dövlət himnlərinin səsləndirilməsindən sonra yarışa start verilmişdir.

Yarışma çempionat və komanda formatında keçirilmişdir. Yarışmada mürəkkəb konstruksiyalı və çətin keçilən maneələri dəf edən iştirakçıların sonda mükafatlandırılması mərasimi olmuşdur. Qaliblərə diplom və pul mükafatları, ilk üç yeri tutanlara isə medal və kuboklar təqdim olunmuşdur. Yarışma əyləncəli konsert proqramı ilə başa çatmışdır.

Digər məlumatlar

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ilk qrup Türkiyəyə yola düşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər......

Ardını oxu

FHN Akademiyasında şəhid övladları üçün “açıq qapı günü” keçirilib

30 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılğı ilə FHN-in Akademiyasında Vətən müharibəsi şəhidlərinin övladları üçün “açıq qapı günü” keçirilib....

Ardını oxu