Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Amanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 20-də Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Amanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov hər iki ölkə arasındakı əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və mövcud münasibətlərin ildən-ilə gücləndiyini diqqətə çatdırmışdır. Respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edən nazir Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu bildirmişdir.

Səmimi görüşə görə təşəkkürünü bildirən Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Aman Azərbaycanla Pakistan arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulduğundan danışmışdır. Qonaq ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdıraraq mövcud əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.

Görüşdə hər iki ölkə arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlıq haqqında hazırlanmaqda olan sazişin imzalanmasının əhəmiyyətindən danışılmış, pakistanlı tələbələrin Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil almalarının perspektivləri müzakirə olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Fevralın 26-da FHN-in Akademiyasında Xocalı soyqrımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib... ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

Gəncə və Bərdə şəhərlərində Vətən müharibəsi nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlanılır

Xəbər verildiyi kimi, 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq......

Ardını oxu