Geri

Qəbələdə beynəlxalq yarış və ümumrespublika birinciliyi keçirilir

26 iyun 2017-ci il tarixində Qəbələ şəhərində “Gənc xilasedici” V Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VI Ümumrespublika birinciliyinin final mərhələsinə start verilmişdir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman  nazirliklərinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları, əvvəlcə, Bakı şəhərində Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar.

Sonra Şəhidlər Xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarları ziyarət edilmişdir.

Yarışların açılış mərasimində çıxış edən FHN-in Mülkü müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov və FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva yarışın əhəmiyyətini vurğulayaraq belə müsabiqələrin keçirilməsinin vacibliyindən danışmışlar. Qeyd olunmuşdur ki, bu cür yarışlar yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələrin əldə edilməsinə yardıncı olur.

Sonra yarışlara start verilmişdir.

Qeyd edək ki, artıq 6-cı dəfədir ki keçirilən “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin təşkil olunmasında məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə, 3 mərhələdə - rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyində 10 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

“Gənc xilasedici” V Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, Gürcüstan, Rumıniya, Bolqarıstan və Belarus respublikalarının hər birindən bir komanda, Qazaxıstan Respublikasından isə 2 komanda - Qazaxıstan-1 və Qazaxıstan-2 komandaları iştirak edirlər. Yarışlar iyulun 2-nə kimi davam edəcək.

 

 

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 24 fevral 2024-cü il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulunu keçirib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu