Geri

FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

23 iyun 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının Qəbələ rayonunda yerləşən  “N” saylı hərbi hissəsində tədbir keçirilmişdir.

Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanının müavini-qərargah rəisi polkovnik Etibar İsmayılov, hərbi hissənin rəhbərliyi, zabit və əsgərlər iştirak etmişdir.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.

Toplantını giriş sözü ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Ümummilli liderin ordu quruculuğunda misilsiz xidmətlərindən danışan natiq demişdir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ulu öndərin gərgin zəhmətinin bəhrəsidir və Azərbaycan Silahlı Qüvvələri  bu gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov cıxış edərək Azərbaycanda ordu quruculuğundan, bu sahədə ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Mülkü müdafiə qoşunlarının Azərbaycanın ordu sistemindəki rolundan geniş bəhs etmişdir. O, qeyd etmişdir ki, müstəqilliyin ilk illərində Azərbaycan yaxşı günlərini yaşamırdı və bunun nəticəsi idi ki, ölkə parçalanmağa doğru gedirdi. Məhz xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı ağrılı günlərdən firavan, müstəqilliyi möhkəmlənmiş, dünya ölkələri sırasında söz sahibi olan bir ölkəyə çevirmişdir. Onun sayəsində ordumuz yenidən quruldu və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirdi. Ümummilli liderimizin layiqli davamçısı, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev bu siyasəti mükəmməl şəkildə davam etdirir. Natiq vurğulamışdır ki, bizim istənilən an torpaqlarımızı düşməndən azad etməyə qadir güclü ordumuz var.

Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev şəxsi heyəti bayram münasibətilə təbrik etmiş, onlara şərəfli vəzifələrində uğurlar arzulamışdır.

Sonda xidmətdə fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim olunmuşdur.

Digər məlumatlar

FHN metronun “28 May” stansiyasında təlim keçirəcək

Bu gün gecə saat 01:00 radələrində Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “28 May” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda birgə taktiki təlim keçirəcək. ...

Ardını oxu

FHN-də mülki müdafiə məsələlərinə dair toplantı keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə “2022-ci ildə regional mərkəzlərin mülki müdafiə sahəsində fəaliyyətlərinin yekunu və 2023-cü il üçün qarşıda duran vəzifələr” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Odsöndürücü balonlardan düzgün istifadə qaydalarına dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (video)

Yanğın baş verərkən ilkin mərhələdə əlaltında olan vasitələrlə onu söndürməklə və ya genişlənmə riskini azaltmaqla daha böyük faciələrin qarşısını almaq mümkündür. Belə vasitələrin ən effektlisi odsöndürücü balonlardır. ...

Ardını oxu