Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 20 iyun 2017-ci il tarixində Cəlilabad şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbulda yalnız Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşların qeydiyyatı Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 19 iyun 2017-ci il tarixində saat 09.00-da başlayacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: info@fhn.gov.az
Bu gün gecə saat 01:00 radələrində Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “28 May” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda birgə taktiki təlim keçirəcək. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə “2022-ci ildə regional mərkəzlərin mülki müdafiə sahəsində fəaliyyətlərinin yekunu və 2023-cü il üçün qarşıda duran vəzifələr” mövzusunda toplantı keçirilib. ...
Ardını oxuYanğın baş verərkən ilkin mərhələdə əlaltında olan vasitələrlə onu söndürməklə və ya genişlənmə riskini azaltmaqla daha böyük faciələrin qarşısını almaq mümkündür. Belə vasitələrin ən effektlisi odsöndürücü balonlardır. ...
Ardını oxu