Geri

Axtarış–Xilasetmə qərargahının məlumatı

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Həyata keçirilən axtarış–xilasetmə əməliyyatları nəticəsində fevralın 28–də dənizin “Pirsaat daş silsiləsi” ərazisində tapılan kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1974 – cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğluna məxsus olduğu rəsmən təsdiq edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “28 May - Müstəqillik Günü” qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilib......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxanalarda silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxanalarda yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı ...

Ardını oxu

“28 May – Müstəqillik Günü” münasibətiilə Mülki müdafiə qoşunlarında silsilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının hərbi hissələrində “28 May – Müstəqillik Günü” münasibətilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu