Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdaş şəhərində vətəndaşları qəbul etmişdir

17 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdaş şəhərində Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 194, digər məsələlərlə bağlı müraciət etmiş 77 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu