Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İsrail Müdafiə Nazirliyi Fövqəladə halların idarə edilməsi Milli Agentliyinin rəisi Bezalel Trayberlə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 21 dekabr 2017-ci il tarixində İsrail Müdafiə Nazirliyi Fövqəladə halların idarə edilməsi Milli Agentliyinin rəisi Bezalel Trayberlə görüşmüşdür.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanla İsrail arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın mövcudluğundan söz açaraq bu münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən İsrail Müdafiə Nazirliyi Fövqəladə halların idarə edilməsi Milli Agentliyinin rəisi Bezalel Trayber İsraildə baş vermiş meşə yanğınların qarşısının alınması zamanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən yardımları böyük minnətdarlıq hissi ilə xatırlamış və iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətindən danışmışdır.

Görüşdə gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

Sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olmuşlar.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu