Geri

FHN-in Akademiyasında BƏƏ Milli Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

22 noyabr 2017-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Milli Müdafiə Kollecinin bir qrup yüksək rütbəli tələbə heyəti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında görüş keçirilmişdir. Əvvəlcə qonaqlar Akademiyanın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoymuş, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra Azərbaycan fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin iştirakı ilə BƏƏ nümayəndə heyəti ilə görüş keçirilmişdir. Qonaqları salamlayan nazir müavini Faiq Tağı-zadə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, beynəlxalq təşkilatlar və dost ölkələrin uyğun qurumları ilə əməkdaşlıqdan ətraflı bəhs etmişdir. O, həmçinin Fövqəladə Hallar Nazirliyinin və nazirliyin Akademiyasının fəaliyyətindən danışmış, maddi-texniki baza və yaradılan şərait haqda qonaqlara məlimat vermişdir. Qeyd olunmuşdur ki, Akademiyada xarici tələbələrin təhsil alması üçün lazımi şərait mövcuddur və gələcəkdə BƏƏ ilə qarşılıqlı tələbə mübadiləsini həyata keçirmək mümkündür.

Səmimi görüşə görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri briqada generalı pilot Səlim S.Əl-Şəmsin iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırmış, hər iki ölkənin aidiyyatı qurumları arasındakı mövcud əməkdaşlığın dərinləşməsinin mühümlüyünü qeyd etmişdir.

Görüş zamanı “FHN-in Akademiyası” və “Xəzər-2017” beynəlxalq təliminə həsr olunmuş videoçarxlar nümayiş olunmuşdur.

Sonda qonaqlar Akademiyanın fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN-in əməkdaşları paramedik kurslara cəlb edilib

Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində təməl həyat dəstəyi və ilkin yardım biliklərinin artırılması mövzusunda keçirilən paramedik kurslara cəlb edilib. ...

Ardını oxu