14 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı keçirilmişdir.
Konfransda Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin aparatının idarə rəisləri, qurumlarının və regional mərkəzlərinin rəhbərləri, sahə həmkarlar ittifaqı respublika komitələrinin sədrləri və nazirliyin aparatı və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrində keçirilmiş konfranslarda seçilmiş nümayəndələr iştirak etmişdir.
Dövlət himninin səslənməsindən sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək hesabat-seçki konfransının işini açıq elan etmişdir.
Konfransın gündəliyi təsdiq olunduqdan sonra konfransın işini idarə edəcək mandat, redaksiya və hesablayıcı komissiyaların tərkibi müəyyən olunaraq konfransın gündəliyində duran ilk məsələ-Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı sədrinin hesabat məruzəsi dinlənilmişdir. İttifaqın sədrinin hesabat məruzəsi ilk olaraq ötən dövr ərzində həmkarlar ittifaqının fəaliyyətini əhatə edən video-çarx ilə başlanılmış və Mehman İsmayılovun çıxışı ilə davam etmişdir.
Konfransda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının sədri Səttar Möhbalıyev çıxış edərək, FHN işçilərinin Həmkarlar ittifaqının yarandığı gündən bu dövrə qədərki fəaliyyətinə nəzər salaraq konfransın işini yüksək qiymətləndirmiş, fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev çıxış edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qısa zaman ərzində gördüyü işlərin əhəmiyyətindən danışmış, gələcək fəaliyyətlərində müvəfəqiyyətlər arzulamışdır.
Daha sonra həmkarlar ittifaqının Təftiş komissiyasının hesabatı dinlənilmişdir. Təftiş komissiyasının hesabatı bitdikdən sonra konfrans məruzə ətrafında çıxışlarla davam etmişdir. Çıxış edənlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədrliyinə yenidən Mehman İsmayılovun namizədliyini irəli sürdüklərini təklif etmişlər. Həmçinin bu təkiliflə yanaşı 2018-ci ilin fevral ayında keçirilməsi planlaşdırılan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında Konfederasiya sədrinin yenidən seçilməsinə millət vəkili Səttar Möhbalıyevin yenidən namizədliyininin irəli sürülməsini dəstəklədiklərini bildirmişlər.
Konfransın mandat komissiyasının hesabatı dinlənildikdən sonra ittifaqın rəhbər orqanlarının yeni tərkibinin və həmkarlar ittifaqı sədrinin seçilməsinin müzakirəsi başlanılmışdır. Konfrans iştirakçıları tərəfindən yekdilliklə namizədliyi irəli sürülmüş Mehman İsmayılov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının yenidən sədri seçilmişdir.
Daha sonra həmkarlar ittifaqının Təftiş Komissiyasının və Respublika Komitəsinin üzvlərinin səsvermə yolu ilə yeni tərkibi təsdiq edilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirib. ...
Ardını oxuMayın 30-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumunun (NCEMA) Baş direktorunun müavini Məhəmməd Rəhma Saif Əlşəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxu