Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 26 oktyabr 2017-ci il tarixində İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşmüşdür.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Məsud Kərbasianı Dövlət Komissiyasının həmsədri təyin olunması münasibətilə təbrik edərək uğurlar arzulamışdır. Nazir ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin və keçirilən görüşlərin böyük rol oynadığını diqqətə çatdırmışdır. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində də iki ölkə arasında sıx əməkdaşlığın mövcudluğunu vurğulayan fövqəladə hallar naziri gələcəkdə də sözügedən sahədə qarşılıqlı fəaliyyətin davam etdiriləcəyinə əmin olduğunu bildirmişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian təbii fəlakətlərlə üzləşdikləri zaman Azərbaycan Respublikası tərəfindən göstərilən yardımları böyük minnətdarlıq hissi ilə xatırladıqlarını bildirmiş və qardaş köməyinə görə təşəkkür etmişdir. İranlı nazir iki ölkə arasındakı iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən söz açmış və bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır. 

Digər məlumatlar

FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım işini davam etdirir

44 günlük Vətən müharibəsi dövründə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğalçı düşmən qüvvələrini məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi. Birinci Qarabağ müharibəsində olduğu kimi......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu