Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 24-də BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və UNDP-nin Azərbaycan Respublikası üzrə rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşmüşdür.

Qonaqları səmimiyyətlə salamlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əməkdaşlığına böyük əhəmiyyət verdiyini diqqətə çatdırmış və gələcəkdə də bu münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin BMT-nin müxtəlif təşkilatları ilə birgə uğurlu layihələr həyata keçirdiyindən məmnun olduğunu söyləmiş və səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım işini davam etdirir

44 günlük Vətən müharibəsi dövründə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğalçı düşmən qüvvələrini məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi. Birinci Qarabağ müharibəsində olduğu kimi......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu