Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə 30 sentyabr 2016-cı il tarixində Azərbaycan - Fransız İnstitutunda “Meşə yanğınlarının idarə olunması” mövzusunda keçirilmiş seminarın iştirakçılarına sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Orelia Buşez bildirmişdir ki, diplomatik fəaliyyəti dövründə Azərbaycanın Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Fransanın uyğun strukturları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməmişdir. O, bu cür seminarların davamlı təşkil olunmasının vacibliyini vurğulamışdır.
Tədbirdə iştirak edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Fransa Respublikasının aidiyyəti qurumları arasında əlaqələrin inkişafından razılığını bildirmiş və hər iki tərəfin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
Daha sonra seminar iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, seminar sentyabrın 27-də başlamış və dörd gün davam etmişdir.
Fevralın 26-da FHN-in Akademiyasında Xocalı soyqrımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib... ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxuXəbər verildiyi kimi, 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq......
Ardını oxu