Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 sentyabr 2016-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin inzibati binasında 29 sentyabr 2016-cı il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Əlaqə:
Tel.:
+994 (12) 512-01-14
E-mail: info@fhn.gov.az

 

Digər məlumatlar

FHN yanında İctimai şuranın ilk iclası keçirilib (video, foto)

17 may 2021-ci il tarixində fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanında İctimai şuranın üzvləri ilə görüşüb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Akademiyasının rəisi beynəlxalq forumda iştirak edib

14 may 2021-ci il tarixində Ukrayna Milli Mülki Müdafiə Universitetinin təşkilatçılığı, Azərbaycan, Latviya, Polşa və Gürcüstan nümayəndələrinin iştirakı ilə onlayn rejimdə "Dövlət təhlükəsizliyini təmin etmək üçün dövlət idarəetməsinin effektiv mexanizmlərinin formalaşdırılması" adlı beynəlxalq forum keçirilib....

Ardını oxu