Geri

FHN Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 sentyabr 2016-cı il tarixində “Bilik günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbirdən əvvəl Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, Şəhidlər Xiyabanında uyuyan Vətən oğul və qızlarının məzarları üzərinə gül-çiçək dəstələri düzmüşlər.

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını “Bilik günü” münasibətilə təbrik edərək tədbiri açıq elan etmişdir.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, Dövlət bayrağı meydana gətirilmişdir. İlkin hərbi hazırlığı başa vurmuş kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içmişlər.

Andiçmə mərasimi başa çatdıqdan sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Akademiyanın 2016-cı il məzunlarına “leytenant” hərbi və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılmış və məzunlara ali təhsil ocağını bitirmələri barədə diplomlar təqdim edilmişdir.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Nicat İsmayılov xatirə lövhəsini simvolik “Yaş kötüyü”nə vurmuşdur.

Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri -  tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev kursant və məzunları, onların ailələrini FHN rəhbərliyi adından təbrik etmişlər. Qeyd olunmuşdur ki, hərbi and içərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə həmişə hazır olmalı, əcdadlarımızdan bizə əmanət qalmış Vətənimizi və bayrağımızı göz-bəbəkləri kimi qorumalıdırlar. Ulu öndər Heydər Əliyevin Azərbaycanda yüksək səviyyəli peşəkar hərbçi kadrların yetişdirilməsini daim diqqətdə saxladığı və bu müdrik siyasətin cənab Prezident İlham Əliyev tərəfindən çox böyük müvəffəqiyyətlə davam etdirildiyi vurğulanmışdır. FHN-in gələcək əməkdaşları olacaq Akademiya kursantları və məzunlar dərk etməlidirlər ki, onlara insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiya həvalə olunacaq və bu böyük vəzifənin öhdəsindən layiqincə gəlməlidirlər. Kursantlar Akademiyada təhsil aldıqları müddətdə nəzəri və praktiki biliklərə mükəmməl yiyələnməli, daim savadlarını artırmalıdırlar.

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov da I kurs kursantlarını təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. O, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmış və bu sahənin ölkə rəhbəri tərəfindən daim diqqətdə saxlanıldığını vuruğlamışdır.

Valideynlər adından çıxış edən Kamil Süleymanlı kursantları təbrik etmiş, onlara uğurlar arzulamışdır.

FHN Akademiyasına yüksək - 616 balla qəbul olunmuş Nihad Səfərli kursantlar adından çıxış edərək FHN Akademiyasında  təhsil alacağından qürur hissi duyduğunu bildirmişdir.

Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə yekunlaşmışdır.

























Digər məlumatlar

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə təlim keçirilib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir. ...

Ardını oxu