Geri

FHN Qəbələdə beynəlxalq yarış və ümumrespublika birinciliyi keçirir

28 iyun 2016-cı il tarixində Qəbələ şəhərində “Gənc xilasedici” IV Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” V Ümumrespublika birinciliyinə start verilmişdir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman  nazirliklərinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları, əvvəlcə, Bakı şəhərində Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar.

 

Sonra Şəhidlər Xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarları ziyarət edilmişdir.
Yarışların açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarış iştirakçılarına uğurlar arzulamış, belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliklərini ifadə etmişlər.
İyulun 3-nə kimi davam edəcək beynəlxalq yarışda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Pakistan, Gürcüstan və Belarusdan olan təmsilçilər iştirak edirlər. Ümumrespublika birinciliyində isə 10 rayon və şəhərin komandaları güclərini sınayırlar.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Xəbər verildiyi kimi, ötən gün respublikanın müxtəlif bölgələrində açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə yanğınlar baş verib, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ və peşəkar müdaxiləsi sayəsində yanğınların ərazisinin genişlənməsinin qarşısı alınaraq əksəriyyəti qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri gün ərzində ölkə ərazisində bir neçə istiqamətdə açıq sahələrdə baş vermiş yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunub......

Ardını oxu