Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində vətəndaşları qəbul etmişdir

24 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 402, digər məsələlərlə bağlı müraciət etmiş 109 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkə ərazisində son günlər hava şəraiti kəskin pisləşib, bir sıra ərazilərdə güclü külək müşahidə olunub. Güclü küləyin təsirindən bir sıra fəsadlar meydana çıxıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və......

Ardını oxu

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi qayda pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu