Geri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü ELAN edir (Yenilənib) (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması, “EL” kiçik müəssisəsi, “Pak-Nur” firması, “Xırman” firması, “Rəşad” firması və “Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 21-dən noyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 280 AZN olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir. Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər:

I. Dənin naturası (bir litirlik purkalarda qramla):

buğda üçün: - 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə)

buğda üçün: - 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

buğda üçün: - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə)- bütün

bitkilər üçün: -13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq : 3-cü sinif - 23 faizdən az olmamaqla 

buğda üçün: - 2-ci qrupdan aşağı olmamaqla

-yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)

VI.  Şüşəvarilik:

3-cü sinif buğda üçün: - 40% -dən az olmamaqla

VII.  İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad: - yol verilmir 

VIII.  Sürmə ilə sirayətlənmiş dənlər: - yol verilmir

IX.  Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün: - yol verilmir

X.  Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)  - yol verilmir

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (900 –dan 1800 –a kimi):

  • “Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03,
  • “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu,  Səngəçal qəsəbəsi, Bakı-Səlyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06,
  • “Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, tel:  012-342-90-04; 050-352-50-01,
  • “Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21,                                         
  • “Karat-Holdinq” MMC: Xırdalan şəhəri, Şamaxı şossesi-23, tel.: 050-222-38-36,
  • “Karmen”  MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23, tel.: 050-223-18-93,                        
  • “Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel.: 050-265-80-75,
  • “N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-00-44; 050-214-72-81,
  • “Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel: 0-50-200-11-87,   
  • “Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel: 0-50-220-30-27
  • “EL” kiçik müəssisəsi: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel.: 012-346-08-08, 055-271-73-73,
  • “Pak-Nur” firması: Xaçmaz şəhəri, tel: 050-590-18-36,
  • “Xırman” firması: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20,
  • “Rəşad” firması: Bərdə şəhəri, tel: 050-215-99-00,
  • “Svinks” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92.

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

  • Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti;
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş daxili karantin sertifikatının surəti.

Bu sertifikatları əldə etmək üçün yuxarıdakı qurumlara müraciət etmək lazımdır.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.
 

 

Digər məlumatlar

Nazir Kəmaləddin Heydərov Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Cahit Bağçı ilə görüşüb

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Xəbər verildiyi kimi, ötən gün respublikanın müxtəlif bölgələrində açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə yanğınlar baş verib, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ və peşəkar müdaxiləsi sayəsində yanğınların ərazisinin genişlənməsinin qarşısı alınaraq əksəriyyəti qısa müddətdə söndürülüb....

Ardını oxu