Geri

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yeni Yanğından mühafizə bölmələrinin açılışı olmuşdur

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində 5 may 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhərinin Binəqədi, Sabunçu və Nizami rayonları Dövlət Yanğından Mühafizə hissələrinin yeni Yanğından mühafizə bölmələrinin açılışı olmuşdur.

Əvvəlcə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 nömrəli Yanğından mühafizə bölməsinin rəmzi açılışını bildirən qırmızı lenti kəsmişdir. 

38  nəfər şəxsi heyətin çalışacağı  və Mehdiabad, Binəqədi qəsəbələri, Balaxanı və Novxanı istiqamətlərində olan yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulan bu Yanğından mühafizə bölməsi ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Həmin gün fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 22 nömrəli Yanğından mühafizə bölməsinin açılışını da etmişdir.

38 nəfər şəxsi heyəti olan bölmə Pirşağı, Kürdəxanı, Fatmayi qəsəbələrindəki yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulmuşdur. Yanğından mühafizə bölməsi ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Mayın 5-də, həmçinin, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 20 nömrəli Yanğından mühafizə bölməsinin də açılışı olmuşdur. 

38 nəfər şəxsi heyəti olan bölmə Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsində olan yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulmuşdur.

Bölmələrin hamısının ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı inşa olunmuşdur.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir rayonunda yerləşən “Şamaxı Dairy Farm” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN tərəfindən Azərbaycan Texniki Universitetində elmi konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə Azərbaycan Texniki Universitetində (ATU) “COP29 tələbləri: iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda elmi konfrans keçirilib. ...

Ardını oxu