Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Saatlı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 27 may 2016-cı il tarixində Saatlı şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 16.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Saatlı, Sabirabad, İmişli, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır. 

Qəbula gələn vətəndaşların qeydiyyatı Saatlı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 26 may 2016-cı il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir rayonunda yerləşən “Şamaxı Dairy Farm” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN tərəfindən Azərbaycan Texniki Universitetində elmi konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə Azərbaycan Texniki Universitetində (ATU) “COP29 tələbləri: iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda elmi konfrans keçirilib. ...

Ardını oxu