Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın kənd təsərrüfatı naziri Mahmud Höccətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 17-də İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verərək bildirmişdir ki, qonşu və dost ölkə olan İranla çoxşaxəli əməkdaşlıq bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də uğurla inkişaf edir.

Səmimi görüşə görə təşəkkürünü bildirən İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin əhəmiyyətindən danışmış, uyğun sahələr üzrə əməkdaşlığın daha da dərinləşməsi üçün geniş potensialın olduğunu vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir rayonunda yerləşən “Şamaxı Dairy Farm” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN tərəfindən Azərbaycan Texniki Universitetində elmi konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə Azərbaycan Texniki Universitetində (ATU) “COP29 tələbləri: iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda elmi konfrans keçirilib. ...

Ardını oxu