Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasımda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilmişdir

10 may 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Akademiyanın kollektivi və millət vəkili Sevinc Fətəliyeva və kursantlar iştirak etmişdir.

Əvvəlcə, tədbir iştirakçıları Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoymuşlar.

Sonra tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov nadir tarixi şəxsiyyət xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamızın tərəqqisi, xalqımızın rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs etmiş, vətəndaş qarşıdurması məkanına çevrilmiş Azərbaycanda 1993-cü ilin iyununda xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə xilaskar qaydışından sonra dövlətçiliyi qoruyaraq möhkəmləndirilməsi istiqamətində titanik fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, Heydər Əliyevin möhkəm bünövrəsini qoyduğu dövlətçiliyimiz ümummilli liderin müdrik siyasətinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirilmiş, respublikamızın beynəlxalq nüfuzu daha da artmışdır.

Çıxış edən millət vəkili Sevinc Fətəliyeva ümummilli liderin zəngin siyasi fəaliyyətindən bəhs edərək qeyd etmişdir ki, ulu öndər hər zaman xalqına, dövlətinə sədaqətlə xidmət etmiş, fəaliyyətinin bütün dövrlərində respublikamızın inkişafı, xalqımızın xoşbəxt gələcəyinin təmin olunması üçün var gücü ilə çalışmışdır. Məhz onun yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq təhlükəsindən xilas olan Azərbaycan bu gün dünyada söz sahibinə çevrilmişdir. Ulu öndərin müəyyən etdiyi mütərəqqi siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam və inkişaf etdirilir.

Daha sonra çıxış edən Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov qeyd etmişdir ki, ulu öndərin zəngin irsinin öyrənilməsi gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsinə böyük töhfədir.

Sonda ümummilli lider Heydər Əliyev haqqında videoçarx nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir rayonunda yerləşən “Şamaxı Dairy Farm” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN tərəfindən Azərbaycan Texniki Universitetində elmi konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə Azərbaycan Texniki Universitetində (ATU) “COP29 tələbləri: iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda elmi konfrans keçirilib. ...

Ardını oxu