Geri

Əsaslı təmirdən sonra “112” Çevik reaksiya idarəsinin inzibati bölməsinin açılışı olmuşdur

FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik reaksiya idarəsinin inzibati bölməsinin 10 may 2016-cı il tarixində əsaslı təmirdən sonra açılışı olmuşdur. Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov inzibati bölmənin açılış mərasimində iştirak etmişdir.

Ən müasir avadanlıqlarla təmin edilmiş idarə əsaslı təmirdən sonra son texnoloji nailiyyətlərdən istifadə olunmaqla yeni proqramla fəaliyyət göstərəcəkdir. Bu proqram “112” nömrəsinə daxil olan zənglərin daha operativ qəbul edilməsi, FHN-in qüvvə və vasitələrinin daha çevik və effektiv idarə edilməsinə şərait yaradacaqdır. Bundan əlavə, əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi, çıxılmaz vəziyyətdə qalan insanların təhlükəsiz davranış qaydaları barədə çevik məlumat əldə edə bilmələri üçün Android” və “IOS” mobil platformaları üzərindən istifadə edilə biləcək proqramın da təqdimatı olmuşdur. Bu proqram vasitəsilə, həmçinin “112” nömrəsinə birbaşa çıxış da mümkündür.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yeni versiyasının da təqdimatı olmuşdur.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir rayonunda yerləşən “Şamaxı Dairy Farm” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN tərəfindən Azərbaycan Texniki Universitetində elmi konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə Azərbaycan Texniki Universitetində (ATU) “COP29 tələbləri: iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda elmi konfrans keçirilib. ...

Ardını oxu