Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün inşa olunmuş hər biri 12 mərtəbəli, 48 mənzilli 2 yaşayış binası istifadəyə verilmişdir.
Yeni mənzil alanlar adından çıxış edən Fövqəladə Hallar Nazirliyinin zabiti kapitan Şahbaz Həsənov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbçilərin və nazirliyin mülki əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində əməkdaşların ailələri üçün əsl bayram hədiyyəsi təqdim olunmuşdur. O, dövlət başçısının bu qayğısının FHN əməkdaşlarının daha böyük ruh yüksəkliyi ilə xidmət göstərməsinə səbəb olacağını bildirmişdir.
Sonra fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə yaşayış binalarının rəmzi açılışını bildirən qırmızı lenti kəsmişdir.
Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan yaşayış binaları Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müsair standartlara uyğun olaraq inşa edilmişdir.
Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Xətai” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 29 sentyabr 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin əməkdaşları Gürcüstanın Tbilisi şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 3-cü fazası (PPRD East3) çərçivəsində keçirilən beynəlxalq tədbirdə iştirak ediblər. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə paytaxtın 20 nömrəli orta məktəbində Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsinin təşkili məsələlərinə dair tədbir keçirilib. ...
Ardını oxu