Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazir Kəmaləddin Heydərov qonaqları salamlayaraq iki yaxın qonşu və dost ölkə arasındakı mövcud əlaqələrin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırmışdır. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən nazir Kəmaləddin Heydərov rəhbərlik etdiyi nazirliyin İran İslam Respublikasının müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini ifadə etmişdir.

İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayi səmimi görüşə görə təşəkkürünü bildirmiş, Novruz bayramı ərəfəsində Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə etmişdir. Qonaq hər iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığın yüksələn xəttlə inkişafının əhəmiyyətindən danışmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu