Geri

Nazir Kəmaləddin Heydərov Fəlakət Risklərinin Azaldılması üzrə Asiya Nazirlər Konfransında iştirak etmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 2016-cı il noyabrın 3-4-də Hindistanın Nyu-Dehli şəhərində Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisi (UNISDR) və Hindistan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən Fəlakət Risklərinin Azaldılması üzrə Asiya Nazirlər Konfransında iştirak etmişdir.

Konfransın gündəliyinə BMT-yə üzv dövlətlər tərəfindən 2015-ci ildə qəbul olunmuş Sendai Platformasının nəzərdən keçirilməsi, Asiyada fəlakət təhlükəsinin azaldılması üzrə inkişaf proqramlarının müzakirəsi və qarşılıqlı fəaliyyət planının təsdiqi daxil edilmişdir.

Hindistan Respublikasının Baş naziri Narendra Modinin açılış nitqindən sonra nazirlərin çıxışları dinlənilmişdir.

Konfransda çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, BMT və onun uyğun qurumları çərçivəsində əməkdaşlıq münasibətlərindən bəhs etmiş, fəlakətlərin effektli idarə olunması üçün beynəlxalq əməkdaşlığın qaçılmaz olduğunu diqqətə çatdırmışdır.

Sonda tədbirdə müzakirə olunan məsələlərə dair Birgə Bəyannamə qəbul olunmuşdur.

Tədbir çərçivəsində, həmçinin, bir sıra ölkələrin fövqəladə hallarla mübarizə sahəsində məsul qurumlarının rəhbərləri ilə görüşlər keçirilmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


Digər məlumatlar

FHN-in əməkdaşları idman dırmanması yarışında qızıl medallar qazanıb

21 aprel 2024-cü il tarixində Alpinizm Federasiyasının idman zalında Gənclər və İdman Nazirliyi və Azərbaycan Alpinizm Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarışlara yekun vurulub.  ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir rayonunda yerləşən “Şamaxı Dairy Farm” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu